Qəzaya düşən PFL əməkdaşları Bakıya göndərilir
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Bakıya göndərilir.
Sportline.az xəbər verir ki, bu barədə "Report"a qəzada xəsarət alan PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
O həmçinin daha beş nəfərin qəzada yaralandığını söyləyib.
S.Abdullayev bildirib ki, PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xasarətləri alıblar.