Qitə nəhənglərini təhlükə gözləyir
UEFA qitənin nəhəng klublarını avrokuboklardan uzaqlaşdıra bilər.
Sportline.az xəbər verir ki, bu siyahıda "Barselona"nın da adı var.
Bu haqda nüfuzlu Marca nəşri məlumat yayıb. Səbəb kimi isə, maliyyə feyr-pleyinin pozulması göstərilir.
Kataloniya təmsilçisi ilə yanaşı "Mançester Siti", "Milan" və PSJ-nin də eyni təhlükə qarşısında olduğu bildirilir.
Qərarın gələn ilin fevral ayında veriləcəyi gözlənilir.