"Qızıl oğlan" Maykl Felps gələcəyə ümidlidir
Rekordlar və qızıl medallarla əfsanəyə çevrilən üzgüçü Mayk Felps ABŞ mətbuatına açıqlama verib.
Sportline.az xəbər verir ki, dəfələrlə olimpiadaların qalibi olan, "Ginnesin Rekordlar Kitabı"na düşən amerikalı Maykl Felps gələcək barədə nikbin danışıb.
"Mənim etdiklərim hamının yadında qalıb. Tarixə düşmüşəm. Amma inanıram ki, məndən də güclüləri gələcək. İndi də yaxşı üzgüçülər var. Bu növü çox inkişaf etdirmək lazımdır" - deyə Felps bildirib.