Qriliş “Nyukasl”a transfer ola bilər

"Mançester Siti"nin ingiltərəli futbolçusu Cek Qriliş karyerasını "Nyukasl Yunayted"də davam etdirə bilər.

Sportline.az "Sun Sport"a istinadən xəbər verir ki, Qriliş "Mançester Siti"dən ayrılmaq qərarına gəlib.

29 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Cek Qrilişin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 28 milyon avro olaraq qiymətləndirilir.