Qrizmanın son durumu açıqlandı
"Atletiko"nun hücumçusu Antuan Qrizmanın son durumuna aydınlıq gətirilib.
Sportline.az xəbər verir ki, fransalı futbolçu artıq sıraya dönməyə hazırdır.
Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
Təcrübəli forvardın Çempionlar Liqasının 1/8 finalında "İnter"lə cavab matçına çıxacağı bildirilir.
Həkimlər onun mübarizəyə hazır olduğu qənaətindədirlər.