Qurban Qurbanov: "Rəqib komanda da pis təsir bağışlamadı"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXV turunda "Kəpəz"ə qalib gəldikləri oyunu şərh edib.
Sportline.az xəbər verir ki, mütəxəssis matçdan sonra mətbuat konfransında futbolçulara və azarkeşlərə təşəkkür edib.
"3 tur əvvəldən çempionluğu rəsmiləşdirmişdik. Lakin bu oyunda çempionluğu daha yaxşı hiss etdik. Rəqib komanda da pis təsir bağışlamadı. Futbolçularımı təbrik edirəm. Matçdan razı qaldım", - Q.Qurbanov vurğulayıb.
Qeyd edək ki, XXXV turun görüşündə "Qarabağ" doğma meydanda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəlib.