Quti: "Bellingem dünyanın ən yaxşısıdır"
"Real Madrid"in əfsanəvi futbolçusu Quti parlaq dövrünü yaşayan Cud Bellingemdən danışıb.
Sportline.az "El Chiringuito"ya istinadla xəbər verir ki, Qutinin fikrincə Bellingem hazırda dünyanın ən yaxşısıdır.
“Bellinqem, şübhəsiz ki, ən yaxşı futbolçudur. O, təkcə yarımmüdafiəçilərlə deyil, həm də hücumçularla rəqabət aparır”. - deyə Quti bildirib.
Cari mövsüm Bellingem "Real"da 12 oyuna 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.