Qvardiolanın gözü fransalı futbolçuya düşüb
"Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola "Lion"un fransalı futbolçusu Rayan Çerkinin transfer edilməsini rıhbərliktən tələb edib.
Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, Çerkinin transfer qiyməti 35 milyon avrodur.
21 yaşlı sağ cinah vingeri klubdan ayrılacağı dəqiqləşib. Bu səbəbdən "Mançester Siti"nin rəhbərliyi oyunçunun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Rayan Çerki bu mövsüm çıxış etdiyi 44 matçda 12 qol 20 məhsuldar ötürmə müəllifi olub.