Qvardyola "Barselona"lı günləri xatırladı

"Mançester Siti"nin baş məşçisi Xosep Qvardyola "Barselona"da çalışdığı günləri xatırlayıb.

Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis müsahibəsində həmin günlərlə indiki vəziyyətin fərqli olduğunu açıqlayıb.

"Başlayan vaxtlarda ancaq futbol haqqında düşünürdüm. İndi rahat oturub televizorda futbola baxıaraq dincələ də bilirəm. Bu isə, psixoloji olaraq rahatlıq gətirir. Əvvəllər isə, yalnız futbolu düşünərək öz peşəkarlığımın yetərincə olmamamsı qənaətinə gəlirdim", - deyə Qvardyola düşüncələrini "Manchester Evening News"la bölüşüb.

Qeyd edək ki, Qvardyola 2008-2021-ci illərdə "Barselona"nı çalışdırıb.