Rafael Nadal "Rolan Qaros" 2024-də çıxış edəcək

İspaniyalı tennisçi Rafael Nadal qarşıdan gələn "Rolan Qarros" 2024-də iştirak edəcək.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, Nadal turnir öncəsi məşqlərə başlamaq üçün gələn həftə Fransaya gələcək.

37 yaşlı tennisçi daha əvvəl "Rolan Qarros"da yarışmağa hazır olmadığını demişdi.

Nadal bu mövsüm çıxdığı 11 oyunun 7-sində qalib gəlib.

Qeyd dək ki, "Rolan Qaros" turniri mayın 26-dan iyunun 9-na qədər Fransanın paytaxtı Parisdə keçiriləcək."Rolan Qaros"un son qalibi serb tennisçi Novak Cokoviçdir.