Rafinya ayrılarsa “Barselona” onu gətirəcək
“Barselona” futbolçusu Rafinyanın bu yay komandadan ayrılması ehtimalını nəzərə alaraq onun yerini doldurmaq üçün əsas hədəfi "Leypziq"in oyunçusu Yan Diomande olacaq.
Sportline.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Hansi Flik gənc oyunçunu öz sistemi üçün ideal seçim hesab edir və Dekoya onun transferini tələb edib.
Bundan əlavə “Leypziq” Diomande üçün təxminən 100 milyon avro tələb etməyi planlaşdırır. Bu səbəbdən Kataloniya təmsilçisi Rafinyadan əldə edəcəyi gəliri bu transfer üçün istifadə edəcək.
Qeyd edək ki, “Liverpul”da Diomandenin transferində maraqlıdır.
Bu isə Avropanın iki nəhəng klubunu gənc oyunçu uğrunda mübarizə ilə üz-üzə qoyacaq.