Rafinya "Barselona" ilə yeni müqavilə imzalayıb
"Barselona" brazilyalı futbolçusu Rafinya ilə yola davam edəcək.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Rafinya "Barselona" ilə 2028-ci ilin yayına qədər yeni müqavilə imzalayıb.
28 yaşlı futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə 80 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Rafinya bu mövsüm meydana çıxdığı 56 matçda 34 qol 25 məhsuldar ötürmə müəllifi olub.