Rafinya ən yaxşı liqanın adını açıqladı

"Barselona"nın hücumçusu Rafinya ən yaxşı çempionat kimi İngiltərə Premyer Liqasının adını çəkib.

Sportline.az xəbər verir ki, braziliyalı futbolçu əvvəllər çıxış etdiyi yarışla bağlı yüksək fikir səsləndirib.

"İPL həm oyun, həm də baxımlılıq sarıdan ən yaxşı liqadır. Bu çempionatda rəqibdən asılı olmayaraq komandalar əsasən hücum haqqında düşünürlər", - deyə Rafinya "Barca Universal"a düşüncəsini bölüşüb.

Qeyd edək ki, braziliyalı forvard 2020-2022-ci illərdə "Lids Yunayted"in formasını geyinib. 

Həmin dövrdə o, meydana çıxdığı 67 oyunda 17 qol, 12 asist müəllifi olub.