Ramos həyat yoldaşı ilə münasibətlərinə aydınlıq gətirdi

"Sevilya"nın müdafiəçisi Serxio Ramos ailəsi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

Sportline.az xəbər verir ki, o, həyat yoldaşı Pilar Rubio ilə ayrılmaq istədikləri haqqında xəbərləri təkzib edib.

Ramos 4 övlad böyütdüyü xanımla yola davam etdiklərini vurğulayıb.

Qeyd edək ki, son günlər İspaniya mətbuatında Ramosun məşhur televiziya aparıcısı olan Rubio ilə ayrılmaq üzrə olduğu barədə xəbərlər yayılmışdı.