Rasmus Höylundun "Mançester Yunayted"dəki taleyinə aydınlıq gəlib
"Mançester Yunayted" danimarkalı hücumçusu Rasmus Höylund barədə qərar verib.
Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, Mançester klubunun rəhbərliyi R.Höylunddu satmaq niyyətindədir.
22 yaşlı futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Höylund bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 49 matçda 10 qol 4 asistlə yadda qalıb.
Onun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, R.Höylund 2023-cü ilin yayında "Atalanta"dan "Mançester Yunayted"ə 77.8 milyon avro qarşılığında transfer olmuşdu.