Rayan Babel "Qalatasaray"da

33-cü turda çempionluğu bayram edən "Qalatasaray" yeni mövsüm üçün hazırlıqlara başlayıb.

Sportline.az xəbər verir ki, Fath Terimin komandası artıq ilk futbolçu ilə anlaşıb. Bu, son mövsümdə "Fulhem"dən ayrılan Rayan Babeldir.

"Beşiktaş"dan İngiltərə çempionatına gedən holandiyalı futbolçu "Fulhem"lə müqaviləsinin müddəti bitdikdən sonra yeni klub axtarışına çıxmışdı. Yaxın vaxtlarda tibbi yoxlanışdan keçmək üçün İstanbula gələcək Babelin müayinədən sonra müqavilə imzlayacaq.