Rayan Çerki İngiltərə nəhənginə keçə bilər

"Lion"un fransalı futbolçusu Rayan Çerkinin mövsümün sonunda klubdan ayrılacağı dəqiqləşib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Mançester Siti" Çerki ilə yaxından maraqlanır.

21 yaşlı futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 35 milyon avrodur.

Qeyd edək ki, R.Çerki bu mövsüm meydana çıxdığı 44 matçda 12 qol 20 asist müəllifi olub.