"Real" azarkeşlərini sevindirən xəbər

"Real" futbolçusu Kərim Benzema ilə yeni müqavilə imzalamağa yaxındır.

Sportline.az jurnalist Nikolo Skiranın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, tərəflər müqavilənin müddətini 2023-cü ilin yayna kimi uzatmaqla bağlı razılığa gəlib.

Qeyd edək ki, Benzemanın Madrid təmsilçisi ilə hazırkı sözləşməsi 2022-ci ilin yayı başa çatır.