"Real" "Barselona"nı keçdi
"Real" tarixdə qazandığı kubokların sayına görə “Barselona”nı geridə qoyub.
Sportline.az "Marca"ya istinadən xəbər verir ki, dünən Madrid klubu La Liqanın qalibi olub. Bununla da "Real"ın qazandığı kubokların sayı 95-ə çatıb. "Barselona"nın 94 kuboku var.
Qeyd edək ki, Madrid təmsilçisi dünən La Liqanın 34-cü turunda "Espanyol"a 4:0 hesabı ilə qalib gələrək yarışın bitməsinə 4 tur qalmış çempionluğu rəsmiləşdirib.