"Real" "Bavariya"nın futbolçusundan xahiş etdi

"Real" heyəti daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportline.az "Sky Sport German"a istinadla xəbər verir ki, söhbət Alfonso Devisdən gedir.

Madridlilər sözügedən futbolçudan "Bavariya" ilə müqavilənin müddətini uzatmamağı xahiş ediblər.

İspaniya nəhəngi 2025-ci ilədək münhenlilər məxsus olan futbolçunu bu yay transfer etmək niyyətindədir.

23 yaşlı müdafiəçinin transfer qiyməti 70 milyon avrodur.