"Real" "Bavariya"nın futbolçusunu transfer edir
Alfonso Devis karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Bavariya"nın müdafiəçisi "Real"ın hədəfindədir.
Relevo nəşrinin yaydığı məlumata görə, madridlilər gələn ilin yayında 22 yaşlı kanadalını heyətə qatmağı planlaşdırırlar.
Devisin Almaniya nəhəngi ilə müqaviləsi 2024/25 mövsümünün sonunda başa çatır.
Qeyd edək ki, kanadalı futbolçu cari mövsümdə qatıldığı bütün turnirlərdə 14 oyuna 3 məhsuldar ötürmə ilə yadda qalıb.