"Real" Bellingem mövzusunu qapatdı

"Real Madrid" Cud Bellingemin transferini reallaşdırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiəçinin keçidi tam həll olunub.

Madridlilər 19 yaşlı futbolçu üçün Dortmund "Borussiya"sına 103 milyon avro, üstəlik 31 milyon avro bonus ödəyəcəklər. 

2029-cü ilədək müqaviləyə imza atan Bellingemin təqdimatı sabah olacaq.