"Real" Benzemaya əvəzləyici tapıb

Kərim Benzemanın Səudiyə Ərəbistanı klubu ilə razılıq əldə etməsindən sonra “Real Madrid” hücum xətti üçün axtarışa başlayıb.

Sportline.az GOAL.com-a istinadla xəbər verir ki, “Real Madrid” “Çelsi”nin gənc ulduzu Kay Havertz üçün danışıqlara başlayıb.

24 yaşındakı gənc futbolçunun “Real Madrid”ə gedb getməyəcəyinə isə yeni baş məşqçi Maruisiyo Poçettino qərar verəcək.

Qeyd edək ki, Kay Havetz bu mövsüm çıxdığı oyunlarda cəmi 7 qol vurub.