"Real Betis" "Barselona"nın futbolçusunu icarəyə götürmək istəyir

"Real Betis" "Barselona"nın oyunçusu Vitor Rokeni icarə əsasında heyətinə qatmaq istəyir.

Sportline.az Marca.com-a istinadla xəbər verir ki, "Betis" klubunun təmsilçiləri 19 yaşlı futbolçunun transferi ilə bağlı Kataloniyaya yollanıblar. 

"Barselona"nın 40 milyona avro qarşılığında "Atletiko Paranenense"dən heyətinə cəlb etdiyi Roke komanda ilə çıxdığı 16 oyunda 2 qol vurub. 

Qeyd edək ki, gənc hücumçu ilə Portuqaliya klubları da maraqlanır.