"Real" çətin vəziyyətdə
"Real" "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu transfer etməyin əlverişli yollarını axtarır.
Sportline.az AS-a istinadən xəbər verir ki, Madrid təmsilçisi 36 yaşlı hücumçuya "Yuventus"un verdiyi maaş məbləğində (31 milyon avro) məvacib ayıra bilməyəcək. "Kral klubu" portuqaliyalı oyunçudan bundan 6 milyon avro az- 25 milyon avro əməkhaqqını qəbul etməsini istəyir.
Qeyd edək ki, Ronaldo bu mövsüm A seriyasının 24 matçında 23 qol vurub.
Əlavə edək ki, Ronaldo "Yuventus"a 2018-ci ildə məhz "Real"dan keçib.