"Real" daha bir transferi reallaşdırdı

"Real Madrid" İspaniya millisinin üzvü Xoselunun transferini açıqlayıb.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, madridlilər "Espanyol"un hücumçusunu sonradan almaq hüququ ilə bir illik icarəyə götürüblər.

Təcrübəli forvard 2022/23 mövsümündə L Liqada keçirdiyi 34 oyunda 16 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, o, 2009-2012 mövsümündə "Real"ın əsas da daxil olmaqla müxtəlif komandalarının formasını geyinib.