"Real" fanatlarına şad xəbər
"Real"ın hücumçusu Vinisius Junior sıraya qayıdır.
Sportline.az xəbər verir ki, braziliyalı futbolçu zədəsini tam sağaldıb.
Vinisius bununla bağlı sosial şəbəkədə "Mən hazıram" mesajı ilə foto paylaşıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu avqustun 25-dən meydana çıxmırdı.
O, La Liqanın 3-cü turunda "Selta" ilə oyunda (1-0) zədələnmişdi.