"Real" futbolçusunun gedişini təsdiqlədi

Marko Asensio "Real"ı tərk edir.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, iyunun sonunda müqaviləsi bitəcək futbolçu ilə mövsümün sonunda yollar ayrılacaq.

2015-ci ildə "Real"a gələn Asensio madridlilərlə 17 mükafat qazanıb. 

Qeyd edək ki, 27 yaşlı futbolçunun PSJ-yə transfer olunacağı bildirilir.