"Real" Holandın ovuna çıxıb
"Mançester Siti"nin forvardı Erlinq Holand "Real"ın maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, bu haqda klubun baş direktoru Ferran Soriano RAC1-ə açıqlamasında deyib.
"Holand "Mançester Siti"də xoşbəxtdir. İnanılmaz uğurlar qazanan forvard hələ uzun illər bizimlə birgə olacaq", - deyə Soriano yayılan xəbərlərə münasibət bildirib.
Xatırladaq ki, Holand 2022-ci ilin yayında 51,2 milyon funt sterlinq qarşılığında "Borussiya"dan "Mançester Siti"yə keçmişdi.
Onun 2027-ci ilədən mançesterlilərlə müqaviləsi var.