"Real" Kamavinqa ilə bağlı qərar verdi
"Real" Eduardo Kamavinqlə ilə yoluna davam edəcək.
Sportline.az xəbər verir ki, madridlilər fransalı yarımmüdafiəçi ilə müqavilənin müddətini uzadıblar.
20 yaşlı futbolçu 2029-cu ilədək Kral klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Kamavinqa 2021-ci ildə "Renn" dən 31 milyon avro qarşılıında "Real"a transfer olunmuşdu.
O, cari mövsümdə meydana çıxdığı 15 oyunda 1 assistlə yadd qalıb.