"Real" kapitanla bağlı qərar verdi
Madrid "Real"ı kapitan Naço Fernandeslə müqavilənin müddətini uzadıb.
Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.
33 yaşlı müdafiəçi ilə 2024-cü ilədək müqavilə bağlanıb.
Qeyd edək ki, 22 ildir "Real"ın formasını geyinən Naço əsas komandanın heyətində 319 oyun keçirib.