"Real" legionerlə yeni müqavilə bağlayacaq
"Real"ın fransalı futbolçusu Eduardu Kamavinqa ilə müqavilənin müddətini uzadacaq.
Sportline.az Relevo nəşrinə istinadla xəbər verir ki, yarımmüdafiəçinin yeni anlaşması daha yaxşı şərtlərə əsaslanacaq.
Onun hazırkı müqaviləsi 2027-ci ilədək nəzərdə tutulub.
Qeyd edək ki, Kamavinqa 2021-ci ildə "Renn"dən transfer olunub.