"Real Madrid" argentinalı futbolçu ilə maraqlanır
"Real Madrid"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az jurnalist Joze Feliks Diazın məlumatına istinadən xəbər verir ki, "River Pleyt"in argentinalı futbolçusu Franko Mastantuono Madrid klubunun transfer siyahısında yer alır.
17 yaşlı futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 30 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Frankonun Argentina klubu ilə müqaviləsi 2026-cı ilin dekabr ayının 31-ə qədər nəzərdə tutulub.