"Real Madrid" Erlinq Holandı 8 milyon avroya almaqdan imtina edib

İspaniyanın "Real Madrid" klubu 2018-ci ildə Norveç millisinin üzvü Erlinq Holand üçün 8 milyon avro ödəməkdən imtina edib.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, 21 yaşlı hücumçunun "Molde"də çıxış edərkən Madrid klubuna keçmək imkanı olub.

Lakin "kral klubu" Vinisius Junior, Rodriqo və Rayneri almaqla Braziliya bazarına üstünlük verib. Daha sonra Avstriya "Zaltsburq"u gənc forvardı 8 milyon avroya alıb və 2019-cu ilin dekabrında onu Almaniyanın "Borussiya" (Dortmund) klubuna satıb. Hazırda Holandın transfer dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Erlinq Holand cari mövsüm Almaniya Bundesliqasında 16 matçda iştirak edib, 15 qol 3 məhsuldar ötürmə ilə yadda qalıb.