"Real" Madrid La Liqaya xal itkisi ilə başladı
Madrid "Real"ı İspaniya çempionatına uğursuz start verib.
Sportline.az xəbər verir ki, Karlo Ancelottinin rəhbərlik etdiyi komanda ilk turda səfərdə "Malyorka" ilə qarşılaşıb.Görüş 1-1 hesablı bərbərliklə yekunlaşıb.
Rodriqo 13-cü dəqiqədə qonaqları irəli çıxarıb.Vedat Muriç 53-cü dəqiqədə tarazlığı bərpa edib.
Qeyd edək ki, La Liqada 1-ci tura bu gün keçiriləcək "Valyadolid"-"Espanyol" (21:00) və "Vilyarreal"-"Atletiko" Madrid (23:30) matçları ilə yekun vurulacaq.