"Real Madrid" Vinisiusun əvəzləyicisini müəyyənləşdirdi
"Real Madrid"in futbolçusu Vinísius Junior komandadan ayrılarsa, Erlinq Haaland transferini prioritet hədəf kimi müəyyənləşdirib.
Sportline.az xəbər verir ki, klub prezidenti Florentino Perez braziliyalı ulduzun müqaviləsini uzatmaqdan imtina edəcəyi təqdirdə, Haaland üçün təxminən 150 milyon avro dəyərində rekord məbləğdə təklif verməyə hazırdır.
Bu barədə “Sport” nəşri məlumat yayıb
Bundan əlavə, Maykl Olise və Xuliyan Alvarez də kral klubunun maraq dairəsindədir. Lakin Vinisiusun mümkün gedişi halında əsas namizədlər arasında Haaland ön sıralarda yer alır.
Qeyd edək ki, Haaland ötən mövsüm “şəhərlilər"in heyətində çıxdığı 56 görüşdə 41 qol, 10 asistlə yadda qalıb. Onun klubla müqaviləsi 2034-cü ilin yayınadək nəzərdə tutulub. Transfer dəyəri 200 milyon avro təşkil edir.