"Real Madrid"dən 100 milyon avroluq transfer

Morqan Rocers karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Real Madrid" ingiltərəli futbolçu ilə ciddi şəkildə maraqlanır.

"El Nacional"ın yaydığı məlumata görə, "los blankos" Birmingem klubuna 100 milyon avroluq rəsmi təklif göndərəcək.

Qeyd edək ki, 23 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 55 oyunda 14 qol, 12 məhsuldar ötürmə müəllifi olub.