"Real Madrid"ə "fair-play" mükafatı verildi

"Real Madrid" ardıcıl ikinci dəfə "fair-play" mükafatını qazanıb.

Sportline.az xəbər verir ki, Madrid klubu La Liqanın son mövsümünün ən yaxşı "fair-play" komandası seçilib. Kral klubu həmçinin 2021/22 mövsümünün ən ədalətli komandası kimi də tanınıb. 

İspaniya Kral Futbol Federasiyası La Liqa komandalarının cərimə xallarının sayına görə reytinq cədvəlini hazırlayıb. Hər sarı vərəqə üçün klublar 1, hər qırmızı vərəqə üçün 3 cərimə xalı alıb.

Mövsümün sonunda ən az penalti xalını "Real Madrid" alıb - 80. "Fair-play"də ilk 3-lüyə həmçinin "Vilyarreal" (104) və "Atletik" (113) daxildir.