"Real Madrid"in Enzo sevdası davam edir

"Real Madrid" "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandezi heyətinə qatmaqda israrlıdır. 

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ben Yakops məlumat yayıb.

25 yaşlı oyunçu "los blankos"a keçməyə razıdır.

Qeyd edək ki, Enzonun dəyəri 90 milyon avrodur.

O, bu mövsüm meydana çıxdığı 54 matçda 15 qol, 7 asistlə yadda qalıb.