"Real Madrid"in hücumçusu unikal rekorda imza atıb

Fransa millisinin futbolçusu Kərim Benzema hazırda çıxış etdiyi İspaniya "Real Madrid"inin tarixinə düşüb.

Sportline.az xəbər verir ki, 35 yaşlı hücumçu buna evdə "Valensiya"nı 4:1 hesabı ilə darmadağın etdikləri La Liqanın XX tur matçında 11 metrlik cərimə zərbəsindən fərqlənməklə nail olub.

43-cü dəqiqədə hesabı açan forvard "kral klubu"nun heyətində yerinə yetirdiyi 15-ci penaltini də qola çevirməyi bacarıb. Benzema Madrid təmsilçisində bu sayda 11 metrlik cərimə zərbəsini boşa verməyən yeganə oyunçu olub.

Qeyd edək ki, "Real Madrid" 49 xalla turnir cədvəlinə başçılıq edir.