“Real Madrid”in müdafiəçisi koronavirusa yoluxub

İspaniyanın “Real Madrid” futbol klubunun müdafiəçisi Xose İqnasio Naçoda yeni növ koronavirus infeksiyası aşkarlanıb.

Sportline.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

İspaniyalı futbolçunun karantinə alındığı bildirilib. O, I tip şəkərli diabetdən əziyyət çəkir.

Qeyd edək ki, “Real Madrid”in baş məşqçisi Zinəddin Zidan da koronavirus infeksiyasına yoluxub.