"Real" Mbappe ilə yanvarda müqavilə bağlamağa hazırlaşır
Madrid "Real"ı Kilian gələn il Mbappenin transferini reallaşdırmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda ispaniyalı jurnalist Ramon Alvarez de Mon özünün Yutub kanalında məlumat yayıb.
Onun sözlərinə görə madridlilər bunun üçün sənədlərin hazırlanmasına başlayıblar.
PSJ ilə müqaviləsinin müddəti iyunda bitəcək fransalı forvardın gələn həftədən etibarən digər klublarla danışığa başlamaq hüququ var.
Qeyd edək ki, bu mövsüm 22 oyuna çıxan 25 yaşlı hücumçu rəqib qapılarından 21 top keçirib.