"Real" Mbappeyə vaxt verdi

Madrid "Real"ı Mbappenin nazı ilə oynamaqdan bezib.

Sportline.az xəbər verir ki, madridlilər fransalı ulduza 2024-cü ilin 15 yanvarınadək vaxt veriblər.

Bu haqda AS nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə klub rəhbərliyi yeni ilin əvvəlində yekun müqavilə şərtlərini futbolçuya göndərəcəklər.

Tərəflər razılığa gəlsələr Mbappe yeni klubunda ilinə 35 milyon avro qazanacaq ki, bu da "Real"da ən yüksək məvacib sayılacaq.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-nin formasını geyinir.