"Real" Modriçlə bağlı qərar verdi
"Real" Luka Modriçlə müqavilənin müddətini uzadıb.
Sportline.az xəbər verir ki, Madrid klubu bununla bağlı rəsmi saytı vasitəsi ilə məlumat yayıb.
Xorvatiyalı yarımmüdafiəçi ilə 2024-cü ilin 30 iyununadək müqavilə bağlanıb.
Qeyd edək ki, sentyabrda 38 yaşı tamam olacaq futbolçu bu mövsüm çıxdığı 33 oyunda 4 qol və 3 asistlə yadda qalıb.