"Real" "Qarabağ"a qol vuran futbolçuya 100 milyon avro ödəməyə hazırdır

"Real" heyəti daha bir ulduz futbolçu ilə gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, madridlilər "Bayer"in gənc ulduzu Florian Virtsi hədəfə alıblar.

Bu haqda "Planeta Real Madrid" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, madridlilər Virtsin transferinə 100 milyon avro ayırmağa hazırdırlar.

Kral klubu 20 yaşlı futbolçunun transferini 2025-ci ildə həyata keçirməyi planlaşdırır.

Xatırladaq ki, Florian Virts "Bayer"in Avroliqanın 1/8 finalında "Qarabağ"ı mübarizədən kənarlaşdırmasında əsas pay sahiblərindən biridir.