"Real" transfer planını açıqladı
"Real" 2023/24 mövsümü üçün heyəti formalaşdırıb.
Sportline.az As nəşrinə istinadən xəbər verir ki, madridlilər Xoselunun keçidi ilə "transfer pəncərəsini bağlayıblar".
İstisna yalnız "transfer bazarı"nda qiymətlərin aşağı düşəcəyi təqdirdə olacaq.
Madrid klubu ulduz futbolçulardan Cud Bellingemin transferi ilə kifayətlənib.
Qeyd edək ki, onunla yanaşı Fran Qarsiyanın keçidini həll edən madridlilər Braim Diası da icarədən geri qaytarıblar.