"Real" ulduz futbolçusu ilə razılaşdı

"Real" futbolçusu Vinisius Juniorla yeni müqavilə barədə razılığa gəlib.

Sportline.az xəbər verir ki, bu haqda AS məlumat yayıb. Madrid təmslçisi 22 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilədək yeni müqavilə imzalamaq üçün razılaşıb. Sözləşmənin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir. 

Qeyd edək ki, Vinisius 2018-ci ildən "Real"da oynayır. Onun hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. 

Banner