"Real" və "Barselona"nın məvacib fərqi açıqlandı

İspaniya klublarının məvacib üçün xərclədiyi məbləğ açıqlanıb.

Sportline.az La-Liqanın mətbuat xidmətinə istinadla xəbər verir ki, ən yüksək göstərici Madrid "Real"ındadır.

Paytaxt təmsilçisi 727,45 milyon avro ilə siyahıya başçılıq edir.

İkinci yerdə 296,36 milyon avro ilə "Atletiko"dur.

İlk üçlüyü isə, 270,03 milyon avro ilə "Barselona" qapayır.

Qeyd edək ki, bura futbolçuların, məşqçilər heyətinin və fizioterapevtin məvacibi və klubun akademiyasının xərcləri daxildir.