"Real"da ciddi itkilər
“Real” İspaniya La Liqasının 1-ci turundan təxirə salınmış “Xetafe” ilə oyuna itkilərlə çıxacaq.
Sportline.az “Marca”ya istinadən xəbər verir ki, Toni Kross cəzalı durumda olduğundan sabah keçiriləcək görüşü buraxacaq. Almaniyalı yarımmüdafiəçi ötən tur mövsümdə 5-ci sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.
Bundan başqa, müdafiəçi Alvaro Odriosola da sabah meydana çıxmayacaq. O, son görüşdə zədə alıb.