"Real"da gizli müqavilə
"Real"ın rəhbərliyinin maraqlı addımı İspaniya mətbuatının gündəminə çevrilib.
Sportline.az xəbər verir ki, Kral klubu ukraynalı qapıçı Andrey Luninlə müqaviləni uzatsa da, məsələni gizli saxlayıb.
Madridlilər Luninlə müqaviləni hələ 2018-ci ildə 2025-ci ilədək uzatsa da bunu ictimaiyyətə açıqlamayıblar.
Bu haqda El Chiringuito nəşri məlumat yayıb.
Mənbə bildirir ki, "Real" rəhbərliyi Luninlə anlaşmanın 2024-cü ilədək uzadıldığını bəyan etmişdi.
İspaniyalı həmkarlarımız bunun Kepa Arissabalaqanın komandada saxlanılması üçün atılan addımlardan biri kimi qiymətləndirilər.
Onların fikrincə Kurtuanın əsas əvəzləyicisi kimi məhz Kepanı görən klub rəsmiləri Luninlə yolları ayırmaq niyyətindədirlər.